Weather Data Source: havadurumuuzun.com

Türkiye – Büyük Hilâl’in Baba Evidir

Türkiye – Büyük Hilâl’in Baba Evidir

Türkiye…
Sonsuz maviliklerin, kan kırmızısı hilâlin, al yıldızlı bayrağın ana yurdudur.
O, yalnız bir coğrafya parçası deyil –
O, Büyük Hilâl’in özüdür,
baba evidir, ocaqdır, ümmetin yanan qəlbidir…

Bizim qəlbimiz,
hər bir şəhidimizin bizə buraxdığı əziz əmanətlə döyünür.
Onların can verdiyi torpaqlar sadəcə torpaq deyil —
onlar şəhadət ilə yoğrulmuş müqəddəs vətəndir.
Və bu vətənin adı: TÜRKİYEdir!

Hər şəhid bir dua kimi yüksələr Tanrı qatına,
Hər ana göz yaşında bir bayraq dalğalanar,
Hər uşaq baxışında bir hilal doğar…
Çünki şəhidlər ölmez, vatan bölünmez!

Qanla yazılmış tariximizin hər səhifəsində
bir şəhidin adı var…
və biz unutmadıq, unutmayacağıq!
Onlar torpağın altında deyil,
bizim vicdanımızda, yuxularımızda, dualarımızdadır…

Ey şəhidim!
Adını hər çağırışda and içirik:
“Sənin izindən dönməyəcəyik!”

Bu vətən – sənin bizə yadigarındır.
Bu bayraq – sənin qanından doğulmuşdur.
Bu millət – sənin qeyrətinlə başını dik tutmuşdur.

Qürurla deyirik:
“Türkiye, Büyük Hilâl’in baba evidir.
Və biz o evin əmanətçisiyik.”

İmza:Pərvanə Salmanqızı

Top