Həsən Kür dünən vəfat etdi

ZİYALI ATA TÖVSİYƏ EDİR
Bizim Salyan rayonun son dövrlərdə yetişdirdiyi ən istedadlı qələm adamı olan Həsən Kür dünən vəfat etdi.
Həsən öz istəyi ilə 44 günlük Vətən Müharibəsində kişi kimi vuruşmuşdu.
Allah tərəfi onun qəhrəmanlığına dövlət də biganə qalmamışdı. Dövlət onu medallarla təltif etmişdi, televiziyalara dəvət olunmuş, tədbirlərdə başda oturtmuşdular.
Həsəni mən 3-4 il idi tanıyırdım. Həddən artıq mərd, el-obasına bağlı gənc idi.
Rayonda da özünə böyük hörmət qazanmışdı.
Onun ölümü hamını üzüb!
Ən ağrılısı odur ki, üzünü görməyəcəyi övladı olacaq…
Bəlkə yeri deyil, ancaq deməliyəm.
İndiki valideynlər mənim tay-tuşlarımdır. Ona görə buna haqqım çatır.
Övladlarınızı qoruyun! Hər addımına göz qoyun, bizim gənclik dövrümüz deyil. Belə faciələr hər an ola bilər.
Artıq kapitalizm dişini qıcayıb, gəncləri bədbəxt edir.
Mərdi namərd edir.
Gənclərin də öz valideynlərinə yazığı gəlsin!
Çətin dövrlərdi, dişlərini sıxıb yaşasınlar! Nəfs ən böyük düşmənimizdi!
Bu ağır gündə Allahdan Həsənin anasına səbr niyaz edirəm!
Allahdan gəlmişik ona dönəcəyik!
Həsən ölkənin kisəsindən getdi.
Ruhu şad olsun!


