Weather Data Source: havadurumuuzun.com

Gəl, əlimdən tut görüm

Gəl, əlimdən tut görüm,
Gəl, üzümdən öp görüm.
Gəl, mənimlə rəqs elə,
Bir də gördün olmadım…

Gəl, qaçıb uzaqlaşaq,
Dünyanın kədərindən.
Qəhər boğmasın bizi
Bir də gördün olmadım…

Gəl, pıçılda sən mənə,
Nə pis gəlib zəmanə.
Getsən dönmə geriyə,
Bir də gördün olmadım.

Gəl, qucaqla sən məni,
Gəl, darıxma yanımda.
Gəl, əlimi buraxma,
Bir də gördün olmadım.

Müəllif: Şəlalə Camal 

Top