Weather Data Source: havadurumuuzun.com

Mübariz İbrahimovun Şəhadət Günü – Unudulmayan Qəhrəmanlıq Dastanı

Mübariz İbrahimovun Şəhadət Günü – Unudulmayan Qəhrəmanlıq Dastanı

Bu gün – 18 iyun, Azərbaycan xalqının igid oğlu, Vətən uğrunda canını fəda etmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhadət günüdür.

Mübariz – bir insanın təkbaşına bütöv bir millətin heysiyyətini, qeyrətini və iradəsini təcəssüm etdirə biləcəyini sübut edən qəhrəmandır. 2010-cu ilin bu günündə o, düşmən səngərinə keçərək təkbaşına erməni hərbi birləşmələrinə qarşı döyüşdü və şəhidlik zirvəsinə ucaldı.

O, yalnız bir əsgər deyildi – Mübariz, qorxmazlığın, fədakarlığın və vətən sevgisinin canlı simvoluna çevrildi. Onun adı bu xalqın yaddaşına qürur və ehtiramla həkk olundu.

Şəhadətindən sonra Mübariz bir millətin oyanışına səbəb oldu. O, susqunluğu yarıb, qürurumuzu oyatdı. O, göstərdi ki, Vətən torpağı namusdur, şərəfdir – qorunmalı, uğrunda can verilməlidir.

Mübariz İbrahimov ölmədi. O, yaşamaq üçün şəhid oldu!

Bu gün onu yad edərkən yalnız bir qəhrəmanı deyil, bir ruhu – milli ruhumuzu yad edirik. Ruhun şad olsun, Mübariz! Azərbaycan səni heç zaman unutmayacaq!

PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA

Top