Doç. Dr. Suna Şahin – Uluslararası İqtisadiyyatın İşıqlı Yolçusu

Doç. Dr. Suna Şahin – Uluslararası İqtisadiyyatın İşıqlı Yolçusu
Uluslararası iqtisadiyyat sahəsindəki müasir yanaşmaları və dərin elmi bilikləri ilə tanınan Doç. Dr. Suna Şahin, hal-hazırda İstanbul Yeni Yüzyıl Universitetinin seçkin akademiklərindən biri kimi fəaliyyət göstərməkdədir. Onun elmi fəaliyyəti, tədqiqatçılıq bacarığı və beynəlxalq miqyasda apardığı araşdırmalar təkcə Türkiyədə deyil, qlobal akademik mühitdə də böyük maraq doğurur.
Suna Şahin xanım, iqtisadiyyatın kompleks və dinamik dünyasında yalnız nəzəri biliklərlə deyil, həm də praktik və innovativ yanaşmaları ilə seçilir. O, tələbələrinə yalnız dərs keçmir – onları düşünməyə, analiz etməyə və gələcəyin iqtisadi liderləri kimi formalaşmağa ruhlandırır. Onun dərslərində elmi yanaşma ilə bəşəri dəyərlərin vəhdəti hiss olunur.
Doç. Dr. Suna Şahin ilə şəxsi görüşüm zamanı onun yüksək səviyyədə peşəkarlığı, səmimiyyəti və intellektual zənginliyi məni dərindən təsirləndirdi. O, sadəcə akademik bir şəxsiyyət deyil – eyni zamanda tələbələrinə, həmkarlarına və gələcək nəsillərə ilham verən, əsl mənəvi dəyərlərə sahib bir alimdir.
Onun rəhbərlik etdiyi layihələr, elmi məqalələri və beynəlxalq konfranslardakı çıxışları, iqtisadi düşüncənin dərinliklərinə varmaq istəyən hər kəs üçün əvəzsiz bir qaynaqdır. O, akademik arenada olduğu qədər, insanlıq dəyərləri baxımından da nümunəvi bir simadır.
Doç. Dr. Suna Şahin – yalnız bir akademik deyil, həm də elm və insanlıq körpüsünü birləşdirən parlaq bir şəxsiyyətdir.
PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA


