15 İyun – Milli Qurtuluş Günü: Qurtuluşdan Zəfərə, Zəfərdən Quruculuğa

15 İyun – Milli Qurtuluş Günü: Qurtuluşdan Zəfərə, Zəfərdən Quruculuğa
15 İyun – Azərbaycan tarixində dönüş nöqtəsi olan Milli Qurtuluş Günüdür. 1993-cü ilin bu günündə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Bu gün Azərbaycanın dövlətçiliyinin, sabitliyinin və inkişaf yolunun təməl daşı sayılır.
Ulu öndərin əsasını qoyduğu siyasi kurs bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasətin nəticəsində Azərbaycan son illərdə regionun aparıcı dövləti kimi yüksəldi və öz ərazi bütövlüyünü 44 günlük Vətən Müharibəsində bərpa etdi.
2020-ci ilin sentyabrında başlanan və noyabrın 10-da şanlı Zəfərlə başa çatan Vətən Müharibəsi, Azərbaycan xalqının milli həmrəyliyinin, güclü iradəsinin və ordusunun rəşadətinin təntənəsi oldu. Qarabağ və Şərqi Zəngəzur torpaqları illər sonra işğaldan azad edildi. Böyük Qayıdış artıq gerçəyə çevrilməkdədir.
Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq və bərpa işləri aparır. Şəhərlər yenidən salınır, kəndlər dirçəlir, yollar, hava limanları, məktəblər və xəstəxanalar inşa edilir. Vətəndaşlarımız doğma torpaqlarına qayıdır. Bu, təkcə torpaq deyil, qürurun, kimliyin, dövlətin qayıdışıdır.
Bu gün biz qurtuluşun, zəfərin və quruculuğun şahidiyik.
Biz birlikdə güclüyük! Biz qalib xalqıq!
15 İyun – Milli Qurtuluş Günü mübarək, Azərbaycan!
Pərvanə Salmanqızı Abdullayeva


