“Fənərbağça”dan gözlənilməz təklif

“Fənərbağça” “Tottenham”ın kapitanı Son Heung-Minə təklif göndərib. Bu barədə “Fanatik” məlumat yayıb.
Xəbərə əsasən, koreyalı futbolçuya 12 milyon avro maaşı təklif olunub.
Qeyd edək ki, Son və klubu bu il Avropa Liqasını qazandı.


