Naxçıvan İqtisadiyyatı

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub.
Bu barədə “Report”un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 % artaraq 1 009 manat olub.


