Weather Data Source: havadurumuuzun.com

Siyəzən İqtisadi Xəbərlər

Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində “Siyəzən-Broyler” ATSC fəaliyyət göstərir.

Siyəzən Şərab zavodu 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır.

Top