Sao Paulo
19°C
Muito nublado
1 m/s
96%
762 mmHg
00:00
19°C
01:00
18°C
02:00
18°C
03:00
18°C
04:00
18°C
05:00
18°C
06:00
18°C
07:00
18°C
08:00
19°C
09:00
20°C
10:00
22°C
11:00
23°C
12:00
24°C
13:00
25°C
14:00
25°C
15:00
24°C
16:00
23°C
17:00
22°C
18:00
21°C
19:00
20°C
20:00
19°C
21:00
18°C
22:00
18°C
23:00
18°C
00:00
18°C
01:00
18°C
02:00
18°C
03:00
18°C
04:00
18°C
05:00
17°C
06:00
17°C
07:00
17°C
08:00
18°C
09:00
19°C
10:00
21°C
11:00
23°C
12:00
25°C
13:00
26°C
14:00
26°C
15:00
26°C
16:00
24°C
17:00
23°C
18:00
21°C
19:00
20°C
20:00
19°C
21:00
19°C
22:00
18°C
23:00
18°C

Bakı Iqtisadi Xəbərlər

Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. XVI əsrin əvvəllərində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir.[80] 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İranaOrta AsiyayaTürkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.[80] 1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.[80]

1803-cü ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır.[80] Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur — 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.[80] 1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.[80][81] 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir.[80] Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.[80] 1872-ci ildə Nobel qardaşları Bakıda “Branobel” adlı ilk neft şirkətini təsis etdilər.[82]

Top