8°C
غائم في أغلب الأحيان
Weather Data Source: het weer vandaag Amman per uur

Ağcabədi iqtisadi xəbərlər

Rayon iqtisadiyyatının əsasını salam təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. 2009-cu ildə rayonda 1769 hektar sahədə pambıq əkilmiş, 2645 ton məhsul yığılmışdır. 2010-cu ildə isə pambıq əkini 2425 hektar və həmin sahələrdən yığılan məhsul isə 2896 ton olmuşdur. Göründüyü kimi əvvəlki illə müqayisədə əkin sahəsi 656 hektar, məhsul istehsalı isə 251 ton artmışdır. Rayonda 2 pambıq tədarükü müəssisəsi Ağcabədi Pambıq “ASC “və” CTS Aqro” MMC fəaliyyət göstərir. Rayonda yağ-pendir zavodları, istehsal kombinatı vardır. Bundan başqa “Pambıq” ATSC, avtomobil təmiri zavodu müəssisələri var. Rayona qaz çəkilməsi işlərinə 2008-ci ildə başlanılıb. 2013-cü ilədək Ağcabədi şəhəri də daxil olmaqla rayonun bütün yaşayış məntəqələrinə qaz çəkiləcəkdir. Ağcabədidə 2009-cu ildə ət istehsalı 9024 ton, süd istehsalı 48432 ton, yumurta istehsalı 11902 min ədəd, yun istehsalı 975 ton olmuşdur. 2009-cu ildə taxıl əkini sahəsi 27383 hektar, cəmi məhsul 84712.4 ton, hər hektarın məhsuldarlığı 30.8 sentner olmuşdur. Bundan əlavə, 80 hektar dən üçün qarğıdalı əkilmiş, 470.2 ton məhsul götürülmüşdür. Cəmi 85182.6 ton məhsul istehsal edilmişdir.

Top