Mina Rəşidin Qarabağı vəsf edən yeni kitabı çap edilib

Mina Rəşidin Qarabağı vəsf edən yeni kitabı çap edilib
Bu günlərdə uşaq yazarı, AYB-nin üzvü, Prezident mükafatçısı, “Vətən səsi”nin əməkdaşı Mina Rəşidin “Adam istəsə bənövşə olar…” adlı yeni kitabı işıq üzü görüb. Kitab AYB-nin Qarabağ bölməsinin təsis etdiyi “Qarabağ kitabxanası” seriyasından çap olunub. «Vektor» Beynəlxalq Nəşrlər evində çap edilmiş kitabın elmi redaktoru və ön sözünün müəllifi tanınmış şair, professor Elçin İsgəndərzadədir. Layihənin baş redaktoru isə Şükufə Əhmədli Davudovadır.
“Adam istəsə qəhrəman olar” yazısında E.İsgəndərzadə qeyd edir ki,
Mina Rəşid yaşadığı məşəqqətlər və Allahın ona bəxş etdiyi ilahi istedadla bütün əziyyətlərə sinə gəldi, tab gətirdi və vətənpərvərlik, müharibə, savaş, qəhrəmanlıq, qazilik, qeyrət, namus, insanlıq, VƏTƏN üzərinə çoxsaylı, çoxçalarlı, çoxməzmunlu və əbədiyaşar
şeirlər yazdı. Məqalələri ən oxunaqlı qazetlərimizin
səhifələrini bəzədi, kitabları yayınlandı, oxundu, sevildi.
Bunlar ona böyük şərəf və sevgi qazandırdı. Ən başlıcası,
az saylı xoşbəxt, istedadlı şairlərimizdən biri olaraq Mina
Rəşidin yazdığı əsərlər dərsliklərimizə çevrildi, oxu kitablarımıza salındı. Körpə balalarımız, şagirdlərimiz, tələbələrimiz onları əzbərləyərək tədbirlərdə, şənliklərdə, mərasimlərdə, anım günlərində böyük pafos və qürurla söylədilər və ədalətli inanclarımız, haqq inanclarımız yerini aldı. Minanın yorulmadan vəsflə təbliğ elədiyi
şəhidlərimizin, qəhrəmanlıqlarımızın, qazilərimizin,
xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın,
havadarlarımızın mübarizəsi və dəstəyi sayəsində 44
günlük savaşla, 23 saatlıq antiterror əməliyyatları ilə
torpaqlarımız murdar insanlardan birdəfəlik və əbədi olaraq
təmizləndilər. Xəritəmizin hər nöqtəsində müqəddəs
bayrağımız qürurla dalğalanmağa başladı və Minanın
“Adam istəsə bənövşə olar” adlı oxuyacağınız bu kitabına
əsasən, məhz o böyük ilahi Zəfərdən, xalqımızın ürəyinə
günəş kimi doğmuş əbədi zəfərdən sonra yaşadığımız
yaşantıları qələmə alan şeirləri toplanıb.
Qəhrəmanlarımızdan yaza-yaza Mina Rəşid də
qəlbimizdə bir QƏHRƏMANA çevrildi!..
Şəxsən mən şəhidlərimizə ana laylası olaraq
oxudum bu kitabı!… Qazilərimizin yaralarına ana südü-dağ
çiçəyi kimi məlhəm olaraq oxudum bu kitabı. Şəhidlərimizin ruhlarının oxşayıb əzizlədiyi bayraqlarımızın nazına naz qatan vətən sevgisi
çələngi kimi oxudum bu kitabı…

Məlumat üçün bildirək ki, Mina Rəşid Ağdamın Qiyaslı kəndində doğulub. Atası 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. İki qardaşı 1-ci Qarabağ müharibəsi qazisidi. Ali təhsillidi, 8 kitab müəllifidi, bir kitabı (nağıl) Türkiyədə çap edilib. Bir çox müsabiqələrin, o cümlədən, 2020-ci ildə Mədəniyyət Nazirliyi və AYB-nin birgə keçirdiyi vətənpərvərliklə bağlı Ədəbiyyat müsabiqəsində esse janrı üzrə brinci yerin qalibi olub. Şeirləri, 1, 2 və 4-cü sinif Azərbaycan dili dərsliyinə daxil edilib. Şeirlərindən həmçinin, məktəbəqədər dərs vəsaitlərində, sinifdənxaric oxu və iş dəftərlərində istifadə edilib.
Məlumatı hazırladı: Günel QULİYEVA
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru