Həssas Kateqoriyadan Olan İnsanların Əl İşləri Sərgisi

Həssas Kateqoriyadan Olan İnsanların Əl İşləri Sərgisi
UNEC İnklüziv Təhsil Mərkəzinin və “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 14 mart 2025-ci il tarixində saat 10.00dan 16.00 a gədər həssas kateqoriyadan olan insanların əl işləri sərgi satış keçirildi.
Sərgidə bir sıra mühüm ictimai birliklərdə iştirak edəcəkdir. Tədbirə, “Zəfər Yolu” İctimai Birliyi, eləcə də “Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi” qatılmışdır. Bu təşkilatlar sərgidə həssas kateqoriyadan olan insanlara dəstək olmaq məqədi ilə onların əl işlərini təqdim ediblər. Sərgidə 20dən həssas kateqoriyadan olan insanların əl işləri nümayiş olundu və satışa çıxarıldı. UNEC əməkdaşları və gələn qonaqlar ciddi maraq göstərərək onların əl işləri ilə yaxından tanış olacaq onlara dəstək olublar.
UNEC-də uzun illərdir həssas kateqoriyadan olan insanların əl işləri sərgiləri keçirilir və onlara qayğı və dəstək göstərilir. UNEC-in əsas strategiyalardan biri də humanist yanaşmaları ilə cəmiyyətin gələcəyinə tövhə verməkdir. Belə əl işləri sərgiləri ildə bir neçə dəfə keçirilir.