Qusar İqtisadi Xəbərlər

Regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində son illər respublikanın digər bölgələrdə olduğu kimi Qusar rayonunda da iqtisadiyyatın bütün sahələri inkişaf edir. 2018-ci ildə rayonda sahibkarlığın, turizmin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsi, sosial məsələlərin, sakinlərin mənzil-məişət problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafının aparıcı amillərindən biri kimi investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə şəhər və rayonlarda sahibkarlara müvafiq dəstək və köməkliyin göstərilməsi barədə tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən rayon iqtisadiyyatının müxtəlif sahələrinə investisiyaların cəlb edilməsi sahəsində 2017-ci və 2018-ci illərdə bir sıra işlər görülmüşdür.