8°C
غائم في أغلب الأحيان
Weather Data Source: het weer vandaag Amman per uur

Xocalı Osloda anılıb

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin budəfəki dərsi Xocalı Faciəsinin 33- cü ildönümünə həsr edilib.Dərs dövlət himninin səslənməsi ilə başlayıb və şagirdlər faciənin təsvir olunduğu rəsmlər haqqında çəkilmiş filmə baxıblar.Şagirdlərə Qanlı
Gecə haqqında məlumat verilib və faciənin dəhşətlərini özündə əks etdirən bukletlər paylanıb.
Sinif otağında sözügedən məktəbin şagirdlərinin Xocalı Faciəsinə həsr edilmiş rəsmləri də nümayiş olunub və faciədən bəhs edən kitablar haqqında məlumat verilib.
Qeyd edək ki, İsveçdə yaşaya n yazıçımız Eluca Atalının müəllifi olduğu və Xocalı Faciəsindən bəhs edən “Ttiqranizm Xocalıda” adlı kitab da şagirdlərə təqdim edilib. Fotolar:

Top