>
Brasilia
9 Abr
26°C
10 Abr
27°C
11 Abr
26°C
12 Abr
24°C
13 Abr
23°C
14 Abr
23°C
15 Abr
22°C
>
Brasilia
9 Abr
26°C
10 Abr
27°C
11 Abr
26°C
12 Abr
24°C
13 Abr
23°C
14 Abr
23°C
15 Abr
22°C

Kitab təqdimatı – Ağdam

Kitab təqdimatı

1mart 2025-ci ildə Ağdam İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam Muğam Mərkəzində tarixçi-alim Boran Əzizin müəllifi olduğu “Ağdam rayonu Mərzili və bəzi başqa kəndlərdən repressiya edilmişlər” kitabının təqdimatı baş tutub.
Tədbirdə Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənov, aparat əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mənsur Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müəllimlər, şəhid ailələri, qazilər, repressiyaya məruz qalanların ailə üzvləri, elm adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ölkənin ərazi bütövlüyü və süverenliyi uğrunda şəhid olanların, repressiya qurbanlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcısı, Ağdam DDT-nın direktoru Məmməd Hüseynov çıxış üçün kitabın müəllifi Boran Əzizə söz verdi.
Boran müəllim kitabın yazılması zamanı gedən proseslərdən danışdı. Kitaba təqdimat keçirdiyinə görə Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənova, gələn qonaqlara və tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi.
Sonra professor, Dövlət Mükafatı laureatı, MEA Tarix institunun şöbə müdiri Hacı Həsənova, Rasim Gözəlova, Fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nin Optimallaşdırma kafedrasının müdiri Rafiq Tağıyev, Hüquq üzrə Fəlsəfə doktoru, dosent Baxşeyş Əsgərov, uzun illər məktəb direktoru işləmiş Zahid Namazov, ADPU-nin müəllimi, Dünya şöhrətli alim Xudu Məmmədovun portretinin müəllifi Tərlan Eyvazova söz verildi. Çıxış edəndər kitab haqqında öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər. Çıxışlar arasında Ağdam Musiqi kollecinin “Qarabağ” instrumental ansamblının solistləri, Musiqi kollecinin direktoru, Respublikanın Əməkdar artisti Fehruz Səxavət mövzunun ruhuna uyğun mahnılar ifa etdilər.
Ağdam DDT-nın artistləri kitabdakı materiallar əsasında hazırladıqları səhnəcik maraqla qarşılandı.
Sonda Ağdam RİH-nin başçısı Vaqif Həsənov kitabın əsas cəhətlərini, müstəqillik dövrünün tələblərinə uyğun olan konsepsiyasından, tarixşünaslığımızdakı yerindən, əhəmiyyətindən obyektiv, elmi baxımdan təhlil etdi.
Bu Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənovun Ağdam ziyalılarına, Mərzili kəndindən olan elm adamlarına verdiyi yüksək qiymətdi. Yeri gəlmişkən onu da deyim ki, bu yaxınlarda Mərzili kənd qəbristanlığı hansısa şirkət tərəfindən dağıdılmaq təhlükəsi ilə üz-üzə olub. Bunu eşidən cənab V.Həsənov dərhal bu təhlükənin qarşısın alıb. Elə bu da onun Mərzili kənd camaatına olan hörmətinin bir təzahürüdü.
Göstərdiyi bu diqqətə, qayğıya görə Boran Əziz və kənd ziyalıları Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənova təşəkkür edirlər. Fotolar:

 

 

Məmməd Mərzili
Şair-publisist, AJB-nin üzvü

Top