Weather Data Source: havadurumuuzun.com

“Sumqayıt” öz heyətini özbək futbolçu ilə gücləndirdi

Bobur Abdikholikov karyerasını “Sumqayıt”da davam etdirəcək. İdman Arena xəbər verir ki, bu barədə klubun özü məlumat yayıb. Xəbərə əsasən 27 yaşlı futbolçu “Sumqayıt”a Özbəkistanın “Nasaf” klubundan keçib. Bobur komandada “9” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, özbək karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.
Top