VAXT HANI
Hər adamın bir yığvalı olur, dost,
Mən bəxtəvər sandığımda baxt hanı?
Gecələrə yumulusa sağ gözü,
Kor zamanın qara günü ağ hanı.
Şux gəncliyi viran yurda xərclədin,
Qovhaqovda, vurhavurda xərclədin.
Gözəl ömrü itə-qurda xərclədin,
Əzik-üzük o 50-lik şax hanı?..
Bu odurmu, o bu deyil, gəzirəm,
Bu nə həvəs, bu nə meyil, gəzirəm.
Nə olsun ki, veyil-veyil gəzirəm,
Məndə səni unutmağa vaxt hanı?
Su misalı ömür axdı, Süleyman,
Gələn baxdı, gedən baxdı, Süleyman.
Qul adama yoxdu taxtı-Süleyman,
Sultan ada bir quruca taxt hanı?