Weather Data Source: havadurumuuzun.com

Yevlax İqtisadi Xəbərlər

Yevlax, 25 aprel (AZƏRTAC). Cari ilin birinci rübündə Yevlax rayonunda ümumdaxili məhsulun (ÜDM) həcmi 85,7 milyon manat olmuşdur. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 milyon manat və yaxud 9,2 faiz çoxdur. ÜDM-in 3,1 milyon manatını sənaye, 10,7 milyon manatını kənd təsərrüfatı, 7,1 milyon manatını tikinti, 52,8 milyon manatını ticarət, 1,2 milyon manatını nəqliyyat, 0,2 milyon manatını rabitə, 10,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. Adambaşına 703,8 manat ÜDM istehsal olunmuşdur ki, bu da 2011-ci ilin birinci rübünə nisbətən 51,2 manat və yaxud 7,8 faiz çoxdur. 

Top