Nihad Əliyev İtaliya səfəri haqqında
İtaliyaya səfərim uğurla başa çatdı.
İtaliyada Azərbaycan Mədəniyyətini uğurla təbliğ edən rəssamlar sırasında oldum. Paytaxt Romada “Medina Art” qalereyasında keçirilən “Art of Cultural Diplomacy – Art for Peace” adlı sərgidə nümayiş 4 rəsm əsərlərim böyük maraqla izlənidi. Sərgidə uğurla iştirak etdiyim üçün beynəlxalq sertifikatla təltif olundum. Bu sərgidə uğurla iştirak etməyim həyatımın yeni böyük uğuru və yeni böyük xoşbəxtliyidir. Həmin bu sərgidə iştirak etmək üçün məni dəvət edənlərə, əməyi olanlara və hörmətlə qarşılayanlara öz dərin minnətdarlığımı bildirirəm.
Allahdan hər birinə can sağlığı, həyatlarında və fəaliyyətlərində yeni-yeni bol böyük uğurlar arzulayıram! Amin! Sərgidə iştirak edən rəssamlara İtaliyanın gözəl məkanlarına gözəl turlar təşkil olundu.