Weather Data Source: havadurumuuzun.com

Gülşən Əhməd yeni şeirlər

TƏLƏSİR

Gözləyir gələcək, min arzu- dilək,
Şairlər əzəli, sonu görəcək,
Tale mənimdirsə,gecikim gərək,
Bulud aglasa da, duman tələsir.

Açılıb səhərim, tutulub gözüm,
Ömür varaqlanıb, yetməyib sözüm,
Bilmirəm, tələsim, yoxsa ki dözüm,
Ürək səbr etsə də, güman tələsir.

Sevmədim yalanla söz anılmaqdan,
Can qoyub, sonra da tez yanılmaqdan,
Yoruldum, gözləyib aldanılmaqdan,
Olmaz bu qədər də iman tələsir.

KÜSMƏMİŞƏM Kİ…

Yaşadım: yaradıb güzaran görüm,
Qocalıq tez gəlib, olmasın sorum.
Dərd məni yormasın, mən onu yorum,
Mən belə dünyadan küsməmişəm ki….

İstərdim, xəstə yox, sağ ömür sürüm,
Gəncliyi solmayan çağ ömür sürüm.
Ağ bəxti dolmayan ağ ömür sürüm,
Mən belə dünyadan küsməmişəm ki…..

Pünhan arzularım yenə ac qalıb,
Haray qaldırmadan ömür köç alıb,
Fikirlər beynimdə demə qocalıb,
Mən brlə dünyadan küsməmişəm ki…..

Top