Səlim Babullaoğlu “İlin şairi” seçildi, mötəbər sırada yer aldı

SƏLİM BABULLAOĞLU İLİN ŞAİRİ ADINA LAYİQ GÖRÜLÜB və ADINA SƏHİFƏ YARADILIB :
Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab SƏLİM BABULLAOĞLU İLİN ŞAİRİ (2025) adına layiq görülüb.
Orfey Mətn/Ədəbiyyat Mükafatları ABŞ, Texas Universiteti (Dallas& Kleyton, Oklahoma), “Mundus Artium Press” nəşriyyatı tərəfindən verilir. Artıq qaliblər elan olunub. Sevindirici haldır ki, tanınmış Azərbaycan şairi SƏLİM BABULLAOĞLU da qaliblərin arasında yer alıb.
Səlim Babullaoğlunun namizədliyini Özbəksitan (həm də təşəbbüsçü idi), Türkiyə (Ərdəhan Universiteti) , Moldova (Elmlər Akademiyası) , Rumıniya (Mihay Eminesku Akademiyası) və Ukrayna (“Vsesvit” jurnalı) dəstəkləmişlər.
Açıqlama belədir:
“Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə İlin Şairi adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o poetik sənəti mədəni və emosional əlaqənin dərin aləti kimi şöhrətləndirir…”
“Yazarlar” olaraq, bu münasibətlə Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Orfey Mətn Mükafatı, ABŞ / “Orpheus Texts Award, USA”, Mundus Artium Press resurslarında “Səlim Babullaoğlu səhifəsi”:
Mənbə: Mundus Artium Press Announces the 2025 Orpheus Texts Award Winners
Məlumatı hazırladı: Günnur Ağayeva
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru