Hacıqabul iqtisadi xəbərlər
Hacıqabul, 25 fevral (AZƏRTAC). 2010-cu ildə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə əvvəlki ildəkindən 40,3 faiz çox – 130,225 min manatlıq məhsul istehsal edilmişdir. Məhsul istehsalının 40,2 faizi kənd təsərrüfatının payına düşür. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 8,3 faiz artmışdır.