Tamara Sadiq – Naxçıvan
6 yanvar Tamara xanımın doğum günüdür. Bu münasibətlə şairi təbrik edir və şerlərini təqdim edirik:
Payız lövhələri
Payızımın rəngi sarı,
Yorğanı var,neynir qarı.
Quşlar tapır,yeyir darı,
Külək qovur, uçur xəzəl,
Varmı bundan lövhə gözəl?
Dağ başından sis də enib,
Gör dərəyə necə sinib!
Susan səma çaxıb,dinib,
Yağan yağış narın-narın,
Aç qolunu, ona sarın.
Ay da bir az, az qızarır,
Xəstə kimi zarır,zarır.
Üzlər belə tez bozarır,
Sular azca qaymaq bağlar,
Payız da üşüyər, ağlar.
Köçün tütar qanadlılar,
Uçar,çapar göy atlılar.
Gələr bir də bu zatlılar,
Baharımda buralara,
Nəsil verər ara ,ara.
Yarpaq alıb qovur külək,
Külək əldə olub sülək.
Dağ başında tərlan tülək,
Yerə baxıb ovun gəzir,
Caynağında quşlar nəzir.
Doymaq olmur payızımdan,
Gecələrin ayazından.
Günəşin qısqanc nazından,
Misra -misra şeir gəlir,
Nəğmələşir sinə dəlir.
03.12.2022.
Bülbül
Bülbül , sənin işin zaydı,
Güllərin günlərin saydı .
Heyif, payız soyuq aydı ,
Gəlmisən toyuna ,bülbül?
Gəl göynətmə bu qəlbimi ,
Sığın mənə, sevim səni.
Dolaş könül çəmənimi
Gəl sarıl, boynuma bülbül .!
Xəzan olub bağça, bağın,
Solubdu şamama tağın.
Saralıbdı solun – sağın,
Yaraşmır soyuna bülbül!
Sarı köynək yalınqatdı,
Əlvan lələk qatbaqatdı,
Çox oxudun səsin batdı,
Yaraşmır boyuna bülbül !
Sən oxudun mən dinlədim ,
Yavrun olub , mən inlədim.
Zaman ötdü çox sinlədim
Vurğunam huyuna bülbül.
Dimdiyində qətrə damcı,
Yanğım üçün ver əlaçı.
Susuz dodaq neylər tacı ?
Möhtacam suyuna bülbül !
10.11.2023.
Qocalar
Taqətin itirib ,dəyişib yaman,
Qatlayıb belini bu dövran, zaman.
Belində durmayır bu nimdaş tuman,
Taleyin əlində qalıb qocalar.
Sürünür ayağı, durmayır yerdə,
Gözündən asılıb bir torlu pərdə,
İllərdir baş əyib, sağalmaz dərdə,
Zamandan hökmünü alıb , qocalar.
İllərlə özünün tayın axtarıb,
Ağarmış kirpiklə bir az nur yarıb,
Gecəsin bələyib , gündüzün sarıb,
Xəyala min kərə dalıb, qocalar.
Üzündə qırışlar illərin izi,
Gömürüb nə qədər doğma ,əzizi.
Çoxdan itiribdir qardaş əkizi,
Nisgili ürəyə salıb, qocalar.
Yetmişi ,səksəni haqlayıb,tutub,
Dilini dişləyib ,qəzəbin udub.
Deməyin Tamara bunu uydurub,
Allahın aşiqi ,talib qocalar..
31.05.2022
Müəllif: Tamara Sadiq
Naxçıvan
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru