Daşkəsən iqtisadi xəbərlər
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın reallaşdırılması nəticəsində Daşkəsən iri sənaye və turizm rayonlarından birinə çevrilməkdədir
Əhalisi 32537, ərazisi 1019 kv.km olan Daşkəsən Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Məşhur Qoşqar çayının sahilində yerləşən Daşkəsənin rayon mərkəzi – Daşkəsən şəhərinə Gəncə şəhərindən olan məsafə 43 kilometr, Bakı şəhərindən isə 406 kilometrdir.