Ucar iqtisadi xəbərlər
Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir.
Hələ 1902-ci ildə rayonda biyan zavodu fəaliyyət göstərmişdir. Bu zavod Ucarın ilk sənaye müəssisəsi sayılır. 1953-cü ildə zavodda yanğın baş vermiş və nəticədə zavod yanmışdır. Yanğından sonra zavod öz fəaliyyətini müəyyən müddət dayandırmış və 1956-cı ildən Konserv zavodu adı ilə fəaliyyət göstərmişdir. Hazırda da konserv zavodu kimi fəaliyyət göstərir.