Oğuz iqtisadi xəbərlər
Bakı, 10 iyul (AZƏRTAC). Prezident İlham Əliyev iyulun 10-da Oğuz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Sərəncam imzalamışdır.