Laçın iqtisadi xəbərlər
AZƏRTAC xəbər verir ki, Kəlbəcər-Laçın iqtisadi zonası erməni işğalından azad edildikdən sonra bu zonaya daxil olan rayonlar üçün xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir. Ümumi ərazisi 6,4 min kvadrat kilometr, əhalisinin sayı 383,2 min nəfər olan bu iqtisadi zonaya Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonları daxildirlər. İqtisadi zonanın iqtisadiyyatını kənd təsərrüfatı, xalq sənətkarlığı sahələri və sənaye təşkil edir.