Hacıqabul iqtisadi xəbərlər
Hacıqabul, 10 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu uğurun təməlində isə düşünülmüş və uzaqgörən siyasət dayanır. Təkcə ötən ilin rəqəmlərinə nəzər saldıqda görərik ki, dünyada geosiyasi və geoiqtisadi gərginliklər fonunda, eləcə də dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risklərin artması şəraitində 2023-cü ildə Azərbaycan iqtisadiyyatında iqtisadi artım prosesləri davam etmişdir