Siyəzən İqtisadi xəbərlər
Siyəzən Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal edilən ümumi məhsulun və göstərilən xidmətlərin həcmi sənayedə 5 milyon 987 min manat (7,5 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 60 milyon 938 min manat (75,9 faiz), tikintidə 3 milyon 49 min manat (3,8 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 585 min manat (0,7 faiz), informasiya və rabitə sahəsində 249 min manat (0,3 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 9 milyon 517 min manat (11,8 faiz) təşkil edib.