Masallı iqtisadi xəbərlər
SADIQ 06” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib.
Agentlikdən Oxu.Az-a verilən məlumata görə, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 10-a çatıb.
Yeni rezident “SADIQ 06” MMC Masallı Sənaye Məhəlləsinin ərazisində tütünün quruldulması və emalını həyata keçirən müəssisə inşa edəcək.