Göygöl iqtisadi xəbərləri
Göygöl, 3 sentyabr (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Göygöl rayonunda geniş abadlıq və quruculuq işləri aparılır. Yenidənqurma işlərinə Heydər Əliyev parkından başlanılmışdır. Parkın ərazisi artırılaraq 5 hektara çatdırılmışdır. Burada Heydər Əliyev Mərkəzi də inşa edilir.