Şəkinin iqtisadi xəbərləri
İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional inkişaf şöbəsindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi və mövcud potensialdan istifadənin səmərəliliyinin artırılması nəticəsində 2006-cı ildə bu iqtisadi rayon üzrə ümumi məhsul istehsalı əvvəlki illə müqayisədə 111 milyon 225 min manat və ya 41,3 faiz artaraq, 380 milyon 662 min manat olmuşdur.
İqtisadi rayona daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında ümumilikdə 46 milyon 431 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2005-ci illə müqayisədə 2,2 dəfə çoxdur