Gəncənin iqtisadi xəbərləri
Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Gəncə şəhərinin ərazisi 125 kv.km, əhalisi 01.01.2021-ci il tarixə rəsmi qeydiyyatda 335802 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi emal sənayesində, təhsildə, nəqliyyat və digər xidmət, ticarət, ictimai iaşə sahələrində çalışır.
Gəncə şəhəri 2 rayondan – Nizami, Kəpəz, 4 sahə inzibati ərazi dairəsindən, 6 qəsəbə inzibati ərazi dairəsindən – Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natavan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir.