Ağstafanın iqtisadi xəbərləri
Noyabrın 28-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ağstafa rayonunda olmuş, bir sıra kəndlərdə əhali ilə görüşlər keçirərək onların qaldırdıqları sosial-iqtisadi problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsini təmin etmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Köçəskər kəndi və Xutor qəsəbəsində əhali ilə görüşlər keçirən baş prokuror, prokurorluğun yardımı ilə yeni inşa edilən ümumtəhsil məktəblərinin tikintisi ilə maraqlanmış və həmin yaşayış məntəqələrində vətəndaşların qəbulunu keçirmişdir.