Weather Data Source: havadurumuuzun.com

Şəmkirdə əhalinin iqtisadi vəziyyəti

Şəmkir, 18 avqust (AZƏRTAC). Cari ilin birinci yarısında Şəmkir rayonunun sosial-iqtisadi inkişafı istiqamətində bir sıra uğurlu layihələr həyata keçirilmişdir.

 

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin birinci yarısında Şəmkirdə 39,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunmuşdur. Bu da ötən ilin müvafiq dövründəkindən 0,4 faiz çoxdur. İstehsal olunan məhsulda qeyri-dövlət sektorunun payı 94,8 faizdir. Birinci yarım ildə sənaye istehsalı 1,1 faiz artaraq 3,3 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 18 faiz artaraq 19,4 milyon manat təşkil etmişdir. Altı ay ərzində əsas kapitala yönəldilən investisiyanın məbləği təxminən 6,84 milyon manat olmuşdur. Bunun 5,8 milyon manatı tikinti-quraşdırma işlərinə xərclənmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin pul gəlirləri 3 faiz, orta aylıq əmək haqqı isə 18,3 faiz artmışdır.

Top