QUBAYA AİD YENİLİKLƏR
Bakı, 31 may (AZƏRTAC). Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Sərəncam mayın 31-də Prezident İlham Əliyev tərəfindən imzalanmışdır.
Sərəncamda deyilir ki, vəsait altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinə sərf olunacaqdır.