Weather Data Source: havadurumuuzun.com

HƏR GÜNÜNÜZÜ SON GÜN KİMİ YAŞAYIN!

HƏR GÜNÜNÜZÜ SON GÜN KİMİ YAŞAYIN!

Hayatımıza yön verən bu qiymətli vaxt…
Siz də hər gününüzü düşündükdə, “Vaxtım hara gedir? Həyatım necə keçir?” sualları ağlınıza gəlirmi? Telefonlarımız, ekranlar arxasında gizlənən “aldadıcı” işıqlar və sosial şəbəkələrin dibsiz çuxurları ən qiymətli sərvətimiz olan vaxtımızı bizdən alır.
Qızıldan qiymətli hər saniyə, su kimi axıb, bizdən uzaqlaşır.
Sosial şəbəkələrdə biz hansı imkanlardan imtina edirik?
Bir söz, bir şərh və ya bir “like” ilə neçə saatımızı itiririk? Gözübüzün ekranın işığında itən nurunu hiss edirikmi?
Hələ də cazibəsini itirməmiş ümidlərimiz, həyata keçməmiş planlarımız necə ekranda xəyal olaraq canlanır?
Həyat hər gün bizə yeni imkanlar təqdim edir. Yaxınlarımızla keçirilən bir an, zəhmətlə əldə edilən bir zirvə, ürəkdən çıxan bir səmimi söz — bunların hər biri əvəzolunmazdır. Amma telefonlar içindəki qəddar vaxt torları bizə bu nemətlərin qiymətini hiss etməyə imkan vermir.
Hər bir nəfəs — möcüzədir, amma biz bunu virtual dünyada israf edirik.
Telefon arxasında olan dünya sizə parlaq görünə bilər. Sosial şəbəkələrdəki cəsur simalar, mükəmməl həyatları əks etdirən şəkillər, özlərini ideal göstərməyə çalışan imiclər — bunlar hamısı sizin gerçək sevincinizi alıb aparır.
Bəlkə də ən təsirli olanı: “Mən də belə olmalıyam” fikrinizdir.
Amma düşünün, bunlara dəyişdiyiniz vaxt sizin həyatınızın ən gözəl dövrü deyilmi?
Hər birimizin həyatı nə qədər uzun, ya da qısa olduğunu bilmirik. Amma bir şey aydındır: bu həyat bizə verilmiş ən böyük fürsətdir. Belə isə, onu dəyərsiz şeylərə sərf etməyə, ürək və ruh sərvətlərini yenidən itirməyə razı ola bilərikmi?
Ey dostlar!
Həyatınızın qiymətinə dəyər verin.
Vaxtınızı faydalı işlərə sərf edin.
Ürəyinizi və göz nurunuzu qoruyun, çünki onlar insanın həqiqi sərvətidir.
Gerçək həyat virtual dünyada deyil, siz ailənizlə keçirdiyiniz zamanlarda, sadiq dostluqlarda və reallaşdırdığınız yaxşı işlərdədir.
Telefon ekranlarını bir müddət kənara qoyun və gerçək həyatda gözəl mənzərələri görmək üçün gözlərinizi açın. Beləliklə, vaxtınız su kimi axıb getməyəcək, bir möcüzə tapmaq fürsətinə çevriləcəkdir.

Həyat bir dəfə gəlir insana,
Külək kimi keçir insana.
Kim ki, vaxtın dəyərini bilsə,
O, mükafatını tapar insana.

Həyat bizə verilən ən qiymətli sərvətdir.
O yalnız bir dəfə verilir və hər nəfəsi özünəməxsus möcüzədir, hər günü isə yeni imkanların qapısıdır.
Təəssüf ki, çoxu bu nemətin qiymətini gec anlayır və ya heç anlamır.
Sosial şəbəkələrdə su kimi axan vaxtımız, oxunmamış kitablar, həyata keçməmiş ümidlər, sözlərdə qalan həsrətlər…
Bunlar hər biri insanın itirilmiş sərvətidir.
Şairin dediyi kimi: “Həyat əslində bir gündür, o gün bu gündür.”
Demək, bizə verilən hər gün biricikdir, o geri qayıtmayacaq.
Hər birimiz gündəlik həyatımızda bir dəqiqə dayanıb belə bir sual verməliyik:
– Vaxtımı necə keçirirəm? Həyatımın hər günündə necə izlər buraxıram?
Həyat yalnız sosial şəbəkələrdəki yalan obrazlar deyil. O, əlinizdə tutduğunuz gözəl gündəlikdə yazılmış ümidləriniz, yaxınlarınızla keçirdiyiniz şirin anlar, ruhsal inkişafınıza xidmət edən əməllərinizdir.
Həyatımızın hər günü bizim istiqamətimizi müəyyən edən bir addımdır.
Hər birimiz vaxtın dəyərini bilməli və arzularımızın həyata keçməsi üçün çalışmalıyıq.
Çünki bu günün zəhməti sabahın xoşbəxtliyinin təməlini qoyacaq.
Beləliklə, əzizlər!
Həyatın möcüzəvi anlarını dəyərləndirək.
Vaxtımızı ağılla sərf edək, arzularımıza çatmaq üçün faydalı hərəkət edək. Bu günü gözəl yaşayaq və hər günümüzdə yaxşı bir iz qoyaq.
Çünki həyat bizə verilən ən qiymətli hədiyyədir.

Müəllif:  Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

CAHANGİR NAMAZOVUN YAZILARI

Güli Nigor (Gülchehra Juraeva)nın yazıları

XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top