Hans Flik sabahkı “Malyorka” ilə La Liqa matçından əvvəl danışıb. İdman Arena xəbər verir ki, almaniyalı mütəxəssis başlanğıc qapıçı ilə bağlı qərarı da daxil olmaqla bir neçə əsas məsələni müzakirə edib:
“Şesni bu gün çox yaxşı məşq etdi, amma hazırda qapıçını dəyişməyi düşünmürəm. İnaki Pena start qapıçıdır, o, hazırda bir nömrədir, belədir”.
Baş məşqçi komandasının çıxışı haqqında da fikirlərini bölüşüb:
“Müsbət tərəfi odur ki, biz imkanlar yaradırıq, lakin şanslar meydana çıxmır. Seçimlərimiz olanda biz birlik olaraq hücuma keçməliyik. Müdafiəyə gəldikdə də eyni”.