Weather Data Source: havadurumuuzun.com

HƏQİQƏT ŞAMİLLİNİN ŞEİRİ

YALAN
(gənc rəssam xanıma)

Eşqə tutulmuşdu rəssam bir gözəl,
Qəlbində bir gəncin sevgisi vardı.
Duyğular qəlbinə hakim kəsilmiş,
Onsuz qoca dünya o qıza dardı.

Həyat onlar üçün bir gülüstandı,
Aşiq-məşuq kimi xeyli gəzdilər.
Ayları ötürüb ilə çatdılar,
Sevgi çələngini qəlbə düzdülər.

Ailələr görüşdü, tanış oldular,
Nişan üzükləri, xonçalar gəldi.
Səs-soraq yayıldı bütün ellərə,
Rəssam qızımızın çöhrəsi güldü.

Yeni rəsmləri çəkirdi hər gün,
Günəş kimi qəlbi işıq saçırdı.
Qız çox sevinirdi, çox şadlanırdı,
Fərəhdən ürəyi çiçək açırdı.

Zaman gəlib keçir, toy olacaqdı,
Qızın arzuları aşıb-daşırdı.
Toya az qalmışdı, hər şey hazırdı,
Gəlinlik paltarı çox yaraşırdı.

Bircə ay qalmışdı o toy gününə,
Oğlan yoxa çıxdı, daha gəlmirdi.
Qız çaş-baş qalmışdı, zəng də vururdu,
Oğlan zənglərə də cavab vermirdi.

Axtarıb tapdılar ata-ananı,
Bütün həqiqətlər yalan olmuşdu.
Hər şey qurma idi indiyə qədər,
Gənc qızın xəbərdən rəngi solmuşdu.

Xonçalar da yalan, üzük də yalan,
Əzizlər gəlməmiş ,hamısı yadmış.
Xəyanət bürüyüb bütün ətrafı,
Qəlbi talan edib sonra da atmış.

Qız dözə bilmirdi bu yalanlara,
Onu sarsıdırdı xain yarası.
Sevdiyi insanı tanımamışdı,
Uçub dağılmışdı könül dünyası.

Daha təmas qurmur, söhbət etmirdi,
Onu sarsıtmışdı böyük xəyanət.
Nəfəs almağı da heç bilinmirdi,
Qəlbində həyata olmuşdu nifrət.

,,Qovuşmaz yolumuz” musiqisini,
Təkrar çevirərək hey dinləyirdi.
Cavan həyatından qəlbi küsmüşdü,
Yaşamırdı daha, o, inləyirdi.

Ömründən il yarım yalanla dolu,
Yalan idi sevgisinin istisi.
Sarsıtmışdı bu xəyanət gənc qızı,
İçindən yanaraq çıxır tüstüsü.

İnam qırılmışdı, ümid sönmüşdü,
Vurulan yaralar çox amansızdı.
Yox olub getmişdi arzu-diləyi,
Həyatı onunçün çox mənasızdı.

Qəlbin üzüntüsü yaman olurmuş,
Xəstəlik canını tam bürüyürdü.
Könlünə vurulan xain yaradan,
Aldığı zərbədən qız çürüyürdü.

Yeyib-içməkdən də çox kəsilmişdi
Gözünü bir yerə o dikib baxır.
Yazıq anası da əlac tapmırdı,
Qüssə ürəyini yandırıb yaxır.

Bir gün dünyasını dəyişdi rəssam,
Xəyanətlə dolu həyatdan köçdü.
Yalanlar qəlbinə ağır gəlmişdi,
Yaşamağı deyil, ölümü seçdi.

Sən insan deyilsən, qəlbsiz adamsan,
Duyğuları əzib yalan elədin.
Neyləmişdi sənə, nəydi günahı?
Gənc qızın ömrünü talan elədin…

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top