Weather Data Source: havadurumuuzun.com

Arzu Yuqub qızı – Şeir

Qayadan ürək olmaz

Məndən soruş necəsən,
Bəlkə dərd əridirəm.
Səbrimi körpə kimi
Könlümdə kiridirəm.

Ya sən məndən üz çevir,
Ya mən səni unudum.
Böynubükük ümidi
Axı necə ovudum.

Məndən soruş necəsən,
Günüm xoşmu, qaramı?..
Sənsiz xatirələrim,
Sızıldadır yaramı.

Bəlkə bulud kimiyəm,
Dolmaq o qədər asan.
Ah, axıb tökülürsən,
Küskünləşən yanaqdan.

Məndən soruş necəsən,
Yağışdayam , qardayam?
Uzaqdayam , yaxında,
Bilirsənmi hardayam?..

Söyüd ümidlərimin
Yoluram tellərini.
Varsan, yoxsan bilmirəm,
Üzmüşəm əllərimi.

Bəlkə soruşmayasan,
Bəlkə də belə yaxşı.
Eh səbrim ilmələnib
Olub ömrün naxışı.

Neynirsən soruşasan,
Soruşmaq gərək deyil.
Qayadan ürək olmaz,
Səninki ürək deyil.

Müəllif və mənbə: Arzu Yuqub qızı

Arzu Yuqub qıznın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top