Weather Data Source: havadurumuuzun.com

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

16 noyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Qızıl Qələm” laureatı, Bakıda Aşıq Pəri Məclisinin, Məhsəti Şairlər Məclisi İctimai Birliyinin və Naxçıvanda Heyran xanım adına yaradılmış Zərif Qadınlar Ədəbi Məclisinin üzvü, şairə Rəqsanə Tapdıqlının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Zəngəzurdan Naxçıvana” adlı yeni nəşr olunan şeirlər kitabının təqdimat mərasimi keçirilib. Müəllifin qonaqlarının-“Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” ictimai birliyinin üzvlərinin, bir qrup NMİ əməkdaşının, müəllim-tələbələrin və ailə üzvlərinin iştirak etdiyi mərasimdə öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Təqdimatı giriş sözü ilə institutun Elm və innnovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı açıb.

 

Sonra NMİ Pedaqoji fakültəsinin dekanı Filologiya üzrə fəlsəfə doktoru dosent Samirə Həsənova, şair, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Naxçıvan MR-in Əməkdar Mədəniyyət İşçisi, Prezident laureatı Həsənalı Eyvazlı, şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, AMEA Naxçıvan bölməsi İncəsənət, dil və ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Yurdoğlu, şairə-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Sona Teymurbəyli, şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova, tanınmış şairə Dilbər Şahbuz, şəhid atası, Naxçıvan Şəhid Ailələri ictimai birliyinin sədri Mais Gülməmmədov, şəhid Ramazan Göydağlının atası Əbülfət Göydağlı, Naxçıvan Qaziləri ictimai birliyinin nümayəndələri, şairə Süsən Kərimli, digər qonaqlar, NMİ-nin müxtəlif ixtisaslardan olan şeirsevər tələbələri çıxış edərək kitablar, eyni zamanda vətən uğrunda canlarını qurban verən şəhid və qazilər haqqında dəyərli fikirlər söyləyib, müəllifə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, şeirlər qiraət ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, kitabda əsasən vətənpərvərlik mövzularına yer ayrılmış, təqdim olunan bütün mövzulara çox həssaslıqla yanaşılmış, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi də dərin ehtiramla yad edilmişdir. Natiqlər qeyd ediblər ki, bizlər şəhidlərimizin xatirəsini hər zaman hər yerdə olduğu kimi ərsəyə gətirilən kitablarımızda, şerimizdə, sözümüzdə də əziz saxlamalı, bu ehtiramı gələcək nəsillərə ötürməliyik.
Sonda kitabın müəllifi, şairə Rəqsanə Tapdıqlı təqdimatın yüksək səviyyədə təşkil olunması münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyinə təşəkkürünü edib, tədbirdə iştirak edən bütün qonaqlara öz minnətdarlığını bildirib və onlara təqdimatı keçirilən yeni kitabından hədiyə edib, xatirə şəkilləri çəkilib.

Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top