Weather Data Source: havadurumuuzun.com

Dostoyevskinin “Yeraltından qeydlər” kitabı

Dostoyevski “Yeraltından qeydlər” kitabında deyirdi: “Cənablar, and içirəm, hər şeyi çox dərk etmək xəstəlikdir; sözün əsl mənasında əsl xəstəlikdir” deyir və şüurun gətirdiyi ağrılardan danışır.
Heç nədən xəbəri olmayan, yaşadığını zənn edən, sadəcə sürüklənən biri olmaq Dostoyevskinin nə xarakterinə, nə də mentalitetinə uyğun gəlmir. O, hər şeydən xəbərdardır, hər şeyi anlayır və anlamağın gətirdiyi ağrıların da fərqində olduğunu deyir, amma hər şeyi qəbul etməyə, əziyyət çəkməyə də bilməz. O, ağrıları, hadisələri, duyğuları, hamı kimi olub qəlib şəklini ala bilməməsinə üsyan edir, lakin bunun boşuna olduğunun da fərqindədir. Ağrı onun iradəsində olmadığı üçün ruhundadır. Nəhayət, o, fərqindəliyinə daha birini ​​əlavə edir və bu, “Cinayət və cəza” əsərində Raskolnikovun dili ilə təsvir olunur “Mən hər şeyi anlayıram və bu məni öldürəcək!” .
Dostoyevski əslində İnsanların bu qədər dayaz, bu qədər şüursuz və sadə olmasına əsəbiləşir, digər tərəfdən də onlar kimi ola bilmədiyi üçün içində kədərlənir. O, hətta xoşbəxt olmağı da bilir və “İdiot” əsərində deyir: “Dar düşüncəli insanlar daha xoşbəxtdir. Dar düşüncəli adi bir insan özünü çox vacib və qeyri-adi bir insan hesab edir”. Lakin o, “çox vacib və qeyri-adi insan” ola bilməz.
Nəhayət, “Əzab və ağrı həmişə geniş vicdanlara, dərin ürəklərə olur. Mənə elə gəlir ki, həqiqətən də böyük insanlar bu dünyada böyük ağrılar çəkməlidirlər” deyərək özünü qəbul edir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top