Həqiqət Şamillinin şeirləri
XƏYALIMDA YAŞADIN
İstəyirəm biləsən,
Hər halını sevmişəm,
Hava soyuq olanda
Sənin tək üşümüşəm.
Xəyalımda çox zaman,
Qulluğunda durmuşam.
Yatağını yığmışam,
Köynəyini yumuşam.
Sonra da ütüləyib,
Səni geyindirmişəm.
Stolu hazırlayıb,
Yemək də bişirmişəm.
Səni qarşılamışam,
Təzə çay dəmləmişəm.
Əyləşdirib süfrəyə,
Şirniyyat yedirmişəm.
Tanrı qonağı kimi,
Yaddaşımda qalmısan,
Sən adi qonaq deyil,
Qəlb mələyim olmusan.
İstəmişəm kipriyə,
Sığallayım,toxunum.
Bəlkə təkcə o anlıq,
Sənin sevgilin olum.
Toxunub göz-qaşına,
Sığal çəkib üzünə.
Xəyalən şükr eləmişəm,
Mənə baxan gözünə.
Hiss etmişəm nəfəsi,
Xırıltılı o səsi,
Titrəşən kipriyini,
Məni sevən həvəsi.
Yanında olmasam da,
Xəyalımda yaşadın.
Qəlbimi isindirən,
Tanrı qonağım oldun.
Hər zaman mənimləydin,
Sənin gözünlə baxdım.
Nə yaşadımsa bildin,
Öz dünyamda mənimdin.
Hər an yanımda idin,
Hər zaman da qorudun.
Tanrı mələyim olub,
Mənimlə doğulmuşdun.
İstəmirəm danışam,
Uzun-uzun hər şeydən.
İstiyərəm baxışdan,
Anlayasan sevirəm.
YUXUMA GƏLDİN
Bu gün yuxuma gəldin,
Səssiz sədasız idin.
Danışdırmaq istədim,
Amma sən heç dinmədin.
Kefin yoxdu bilirəm,
Onunçun da gəlmisən..
Sən ya çox darıxanda,
Ya xəstəykən gəlirsən.
Dua elədim sənə,
Əhvalın tez düzəlsin.
Sən heç dəyişməmişdin,
Yuxumda sən gənc idin,
Çox yalvarıb Allaha,
Görmək istəmişdim mən.
Həyatda rastlaşmırıq,
Yuxularda görürəm.
Minnətdaram Tanrıya
Səni göstərdi mənə.
Əlimdə şəklin olsa,
Baxardım o rəsminə.
İllər ötüb keçsə də,,
Ruhum hələ gənc qalıb.
Saçlarımın rəngini,
Zaman əlimdən alıb.
Dəyişmisən sən görən,
Ya yenə həminkisən?
İllər nə aldı səndən,
Görəydim təsadüfən.
Çıxaydın sən qarşıma,
Baxaydım gözlərinə.
Nə söylərdi baxışın,
Danışardımı mənə?
Deyərdimi aradım,
Sordum səhər mehindən.
İstərdim qoxun gəlsin,
Dünyanın hər yerindən.
Hara getsəm orda ol,
Xəbərini eşidim.
Harda olsam sən də ol,
Mən qoxunu hiss edim.
Hiss edim darıxırsan,
Mənimçün lap dəlisən.
O qədər yollar keçib,
Tək mənimşün gəlmisən.
Qayıtmısan gəncliyə,
Ötən illərə geri.
Görən orda köz qalıb,
Sönməyib ocaq yeri?
Hələ də düşünürəm,
Saat da çıqqıldayır.
Beləcə ömür keçir,
Gözüm yollarda qalır.
Hər şey çox dəyişəcək,
Bilirəm gələcəksən.
Gəlişin öldürəməsə,
Məni sağ görəcəksən.
Sanma sevgi öldürmür,
Həsrət,ayrılıq salır.
Kədər dolur qəlbimə,
Ömürlük sakin olur.
Vüsal gəlsə güldürər,
Qəlbləri sevindirər.
Həsrət qəlbi öldürür,
Qəlbi canlı çürüdür.
Ölməyə gərək qalmaz,
Diriykən də ölərik.
Həsrət ilə ovulub,
Biz içdən çürüyərik.
Hisslər yandırar bizi
Qəlblər buz da kəsilər.
Göynədər qəlbi közü,
Sonra buzdan titrəyər.
Min bir hal yaşayarsan,
Gah istidən tər tökər,
Lap alışıb yanarsan,
Gah da qəlbin buz kəsər
Əyər kədəli olsan,
Belə ötər həyatın.
Çox vaxt qəmgin olarsan,
Bəxtinə acıyarsan.
Sevgililər görəndə,
Həsrət ilə gülərsən.
Başqasına ürəkdən,
Xeyir-dua verərsən.
İstərsən bu dünyada,
Sevənlər birgə olsun.
Təki dünya sevgiylə,
Sevinclə dolu olsun.
İSTƏRƏM
Gənclik xəyalımda bir xatirəsən,
Unuda bilmirəm illərdir səni.
Gizlənib qalmısan qəlbdə hələ sən.
Odlu baxışından duydum sevgini.
Verim gözlərimi hədiyyən olsun,
Onlar hər bəladan səni qorusun.
Ümidlə zillənib yoluna sənin,
O gözlər tək sənin qurbanın olsun.
Ömür də günlər tək indi qısalıb,
Sənli xatirələr göynərti olub.
Kədər dalğa kimi üstümə gəlir,
Qəlbimdə sevincim yarımçıq qalıb.
Səni çox düşünüb kədər yaşadım,
Sən heç bilmədin ki,nələr yaşadım.
Sevgi duyğusinu hey gizləsəm də,
Xəlvətcə onları sənçün saxladım .
Səni anmadığım bir gün olmadı,
Sənə yanmadığım bir gün olmadı.
Nə vaxtsa uzaqdan bir dəfə görmək.
Bütün ömür boyu xəyalım oldu.
Görən xatirində mən yaşayıram,
Görəsən o qəlbdə hələ də varam?
Yoxsa illər artıq silib yaddaşdan,
Fərqi var,bu dünyada varam, ya yoxam?
İstərdim yadlar tək səni dinləyim,
Özgətək sadəcə suallar verim.
Yadında kim qaldı,kimləri sildin,
Sən kimi həyatda daha çox sevdin?
Söhbətin mənə çox maraqlıdı,
Görəsən sən necə cavab verərdin.
Doğrular necədi,həqiqət nədi ,
Görən yad adama nə söyləyərdin?
Yaddaşında nə var bilmək istərəm,
Həqiqətləri görmək istərəm.
Mənə nə aiddir öyrənmək üçün,
Mən səni yenidən görmək istərəm.
SƏNDƏN MƏNİ SORUŞSALAR
Səndən məni soruşsalar,
Deyərsənmi çox sevmisən?
Söylərsənmi bu dünyada,
Qəlbimi ona vermişəm.
Baxıb uzun yollarına,
Gəlişini gözləmişəm.
Hardasa gizlin dayanıb,
Kölgəsini izləmişəm.
Dilim sözü tutmayanda,
Baxışımla söz demişəm.
Ona olan saf eşqimi,
Mən könlümdə gizləmişəm.
Səndən məni soruşsalar,
Söylərsənmi sevdiyini.
Kino film göstərəndə
Ancaq məni gördüyünü.
Deyərsənmi xəyallarda,
Axtarıram mən o qızı.
Görmək üçün çox yatmışam
Yuxularda mən o qızı.
Səndən məni soruşsalar,
Qəlbini göstərərsənmi?
Kipriyinlə salam verib,
Qurban olum deyərsənmi?
Ürəyində söhbət etsən,
Gözləri yada düşərmi?
Biz nə qəfər qocalsaq da,
Məhəbbətin dəyişərmi?
OLARSANMI
O dünyada can yoldaşım olarsanmı?
Tək qalmağı istəmirəm,
Sən yanımda durarsanmı?
Gecələri söhbət edək,
Gündüzləri təbiətdə birgə gəzək.
Xəyallarda cavanlığa yollanaq,
O zamanki sevgimizi biz anaq.
O dünyada qoşa gəzək hər yanı,
Sən olasan bu könlümün sultanı.
Sevgimizə tər baharı gətirək,
Qəlbimizdə qızıl güllər bitirək
Aramızda bir ayrılıq olmasın,
Həsrət adlı bir duyğunu itirək.
Mən olaram səninçün bir qızılgül,
Sən olarsan eşqinə sadiq bülbül.
O dünyada biz birlikdə yaşarıq,
Coşqun çaylar kimi aşıb daşarıq.
O dünyada can yoldaşım olarsanmı?
Söylə mənə sən yanımda qalarsanmı?
Sevgi mələyinə dönüb hər günü,
Qəlbimin içində dayanarsanmı?
Müəllif: Həqiqət ŞAMİLLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru