Karvahalın vəziyyəti ilə bağlı son xəbər.
“Real Madrid” – “Vilyarreal” la oyununda ağır zədə alan futbolçu Dani Karvahalın durumu ilə bağlı açıqlama paylaşılıb. ZəfərNews xəbər verir ki, dizindən ciddi xəsarət alan müdafiəçinin əməliyyat olunacağı qeyd olunub:
“Klubun tibbi xidməti Dani Karvahalı müayinə etdikdən sonra ona ön çarpaz, xarici bağın yırtılması diaqnozu qoyub. O, bu günlərdə əməliyyat olunacaq” – deyə bildirilib.