Yaylagül Ramazanova ana oldu.
Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, idmançımız oktyabrın 1-də övladını dünyaya gətirib.
Ölkəmizin olimpiadada kamandan oxatma yarışları üzrə ilk təmsilçisi Yaylagül Ramazanova hamiləliyinin 7-ci ayında olmasına baxmayaraq, 4 illiyin ən mötəbər idman turnirində 1/16 finala qədər irəliləməyi bacarmışdı.
Yaylagül Ramazanovanı ana olması münasibətilə təbrik edir, övladının sağlam və xoşbəxt böyüməsini arzulayırıq!
Əlaqə: digitaltuncinfo@gmail.com