Həqiqət Şamillinin doğum günüdür! – Təbrik!
YAZARLAR cameəsi adından Həqiqət Şamillini doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Həqiqət xanım!
YAZARLAR bu münasibətlə Həqiqət Şamillinin bir neçə yeni şeirlərini oxuculara təqdim edir:
AZƏRBAYCAN – QƏDİM DİYAR
Ulu torpaq, ulu diyar,
Səndə neçə tarix yaşar.
Urmiyadan sən başladın,
Əsrlərlə davam etdin.
Manna şahlığı yarandı,
Bu torpaqda adı qaldı.
Atropotena, Albaniya,
İki dövlət hey yan-yana.
Bu Vətəndə gözü vardı,
İran torpaqları aldı.
Sonra ərəb xilafətı,
Bu torpaqda at oynatdı,
Vaxt yetişdi, zaman ötdü.
Xilafətin sonu yetdi.
Mühüm bir dövr başladı,
Sacilər, Salarilər, Şəddadilər.
Rəvvadilər, Şirvanşahlar,
Hamısı dövlət yaratdılar.
Vaxt yetişdi, vədə oldu,
Böyük bir Səlcuq yarandı.
İllər ötdü bu dövləti,
Şirvanşahlar əvəz etdi.
Sonra da ki, Eldənizlər,
Atabəylər önə çıxdı.
Bütöv bir dünya quruldu,
Azərbaycan böyük oldu.
Səfəvi dövləti vardı,
Xələfi də əfşarlardı.
Nadir şah sərkərdə oldu,
Zaman beləcə keçirdi.
Tarix tez-tez dəyişirdi,
Bir vaxt Qacar gəldi başa.
Ruslarla girdi savaşa,
Azərbaycan batdı yasa.
Çox qırğınlar törədildi,
Torpaq qan gölünə döndü.
Üz qarası o Gülüstan,
Yarım qaldı Azərbaycan.
Türkmənçay ortaya gəldi,
Bütün pisliklər dirçəldi.
Zaman keçdi, vaxt duruldu,
Müstəqil Azərbaycan quruldu.
Məmməd Əmin başındaydı,
Hələ cavan yaşındaydı.
Yenə vəziyyət dəyişdi,
Azərbaycan SSRİ-yə keçdi.
70 il də belə ötdü,
SSRİ dövrü də bitdi.
Xain düşmən hiyləgərdi.
Qarabağı bizdən aldı.
Nə qədər iri rayonlar,
Mənfur ermənidə qaldı.
Vətənimin başında da,
Heydər kimi oğul vardı.
O siyasət meydanında,
Çox üstünlüklər qazandı.
Bütün dünya liderləri,
Azərbaycanı tanıdı.
Bu Vətən bir ölkə kimi,
Dünyada öz yerini tutdu.
Sonra yenə vaxt yetişdi,
Xalqımız İlhamı seçdi.
İlham hərəkətə keçdi,
Öncə siyasəti seçdi.
Qarabağda Şuşa vardı,
Babalardan yadigardı.
Erməninin pis niyyəti,
Vardı ata vəsiyyəti.
İlhamı çox düşündürdü,
“Dəmir yumruq” işə düşdü.
İgidlər savaşa getdi,
Torpaqları azad etdi.
Neçə igid şəhid oldu,
Neçə oğul candan keçdi.
Hər yana yayıldı səsi,
Çalındı zəfər nəğməsi.
Vətəndə xoşbəxt yaşayaq,
Çox millətlə qoy dost olaq.
İki bədəndə bir can,
Türkiyə-Azərbaycan.
Tarix ağır mövzudur,
Kitablara sığışar.
Mən yazdığım misralar,
Dənizdən damla olar.
29.09.2022
TƏBRİZ AZƏRBAYCANDIR!
İki qardaş bir candır,
Təbriz Azərbaycandır.
Arazın o tayı da,
Canımızdan bir candır.
Fars rejimi çürüsün,
Ürəyindən partlasın.
Çirkin oyunlarınız,
Başınızda çatlasın.
İslam dini altında,
Yüz hiylə qurursunuz.
Məzlum türk xalqımızı,
Qınında qırırsınız.
Şəhriyarın sevgisi,
Ürəyimizdə yatır.
Azərbaycan dünyası,
Sizə ox kimi batır,
Riyakar bir xəyanət,
Sizin içinizdə var.
Türk oğlunda dəyanət,
Sizə göstərir vüqar.
İki qardaş bir candır,
Təbriz Azərbaycandır.
Fars rejiminə ölüm,
Yoxa çıxsın bu zülm.
Azad olsun bu millət,
Yoxa çıxsın bu zillət.
Xalqımız azad olsun,
Yeni dünya qurulsun.
Qanı qanımızdandır,
Canı canımızdandır.
İlk yerə bölsələr də,
Bütöv Azərbaycandır.
12.12.2022
ZƏFƏR GÜNÜ
Çalındı ölkədə Zəfər nəğməsi,
Zəfər sevindirir burda hər kəsi.
Üçrəngli bayraqlar göyə ucalır,
Bu zaman tarixin yadında qalır.
Bu xalqa yaraşır qələbə günü,
Hər evdə başlayaq toyu, düyünü.
Yaşasın, var olsun igid oğullar,
Azad oldu artıq əsir torpaqlar.
Kömək oldu xalqa uca Yaradan,
Hökmünü göstərdi türk oğlu İlham.
Dəmir yumruq nədir, o, başa saldı,
Yurdu azad etdi, torpağı aldı.
Var olsun dostumuz, əziz Türkiyə,
Çətin vaxtı YAŞMA girdi dövrəyə.
Nə qədər igidlər gördü bu ölkə,
Hələ də çoxunu bilmirik bəlkə.
Ulu öndər bir siyasət yeritdi,
Ali Baş Komandan gücü yaratdı.
Dünyada yayıldı azadlıq səsi,
Var ol, yaşa, Azərbaycan ölkəsi.
26.12.2023
Şeirlərin müəllif: Həqiqət ŞAMİLLİ
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru