ZAUR USTAC – QƏRBİN BAĞRINDA ŞƏRQ ÇİÇƏYİ
QƏRBİN BAĞRINDA ŞƏRQ ÇİÇƏYİ
(Caroline Laurent Turunc haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm. Bu dəfə haqqında söhbət açacağım şəxs sözün əsl mənasında dünya miqyasında tanınmış qələm adamıdır. Onu həm şair, həm də nasir kimi təqdim etmək olar. Rus yazıçısı Tatyana Terebinova (Татьяна Теребинова) “Разбудить ауру вселенной” adlandırdığı essesində Karalina xanım haqqında belə yazır: “Caroline Laurent Turunc – одна из самых загадочных поэтов современности. Вещество её поэзии уникально и является ценностью. Строки завораживают неожиданностью, парадоксальномтью, красотой.
Строки, словно облака, возникают, клубясь переменчивыми чувствами – в переливах богатых оттенков. Их отличает глубокая пульсация взволнованного сердца. В её поэтических мирах время и пространство меняются местами, открывая космос её Души!
Поэт Caroline Laurent Turunc по своему волшебству извлекает из калейдоскопа Вселенной – клубящиеся новые образы, загадки и пророчества – представления своей души. Сотворяя свою поэзию, она, жеминутно и ежечасно, вовлекает себя в борьбу за светлые силы; любуется и восхищается таинственным миром. Отстаивая свои взгляды, Caroline восхищает смелостью, твёрдостью и последователностью, утверждая хрупкий мир светлых идей, требующий её надёжности и защиты от тёмного мира.“
Mən Karalina haqqında öz fikirlərimə keçməzdən əvvəl rus yazıçısı Tatyana xanımın onun haqqında olan essesindən orijinal variantda sitat gətirməyim səbəbsiz deyil. Fransanın paytaxtı Parisdə yaşayıb-yaradan türk kökənli Karalina şeirləri ilə dünyanın dörd bir yanında məşhurdur. Demək olar ki, bütün qitələrdə müxtəlif sülh konfranslarında (Bakıda da olub), şeir festivallarında iştirak edib (edir).
Onu yazdıqlarına görə Amerikada, Hindistanda, Banqladeşdə, Pakistanda, Çində, Rusiyada, Ukraynada və dünyanın digər ölkələrində yaxşı tanıyırlar. Yazımın başlıca məqsədi Qərbin bağrında bitən bu Şərq çiçəyini Azərbaycan oxucusuna da yaxından tanıtmaqdan, təqdim etməkdən ibarətdir:
QISA ARAYIŞ
Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antologiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır.
“Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı.
Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür.
Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir.
Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi.
“Başkent Haber Ankara” ( Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur.
“Özgür İfade İstanbul” ( Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur .
Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir.
“Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür.
Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.
“Ziyadar” mükafatı laureatı olan Karalina Laurent Turunç 2022-ci ilin yekunlarına görə “İlin yazarı” diplomu ilə təltif olunmuşdur.
Haqqında Tuncay Şəhrilinin tərtib etdiyi “Caroline Laurent Bakıda” (izonəşr) Bakı – 2022, kitabı nəşr olunmuşdir.
“Coğrafyası ne olursa olsun her canlı daha özgür bir yaşamı hak eder. Dünyamızın insanlarına uygulanan baskı ve zulümle yaşamaya mahkûm edilmek artık dayanılmaz hale geldi. “Yeter artık!” diye bağırmak istiyorum. Zulüm haddini aştı.” – deyən Karalina Laurent Turunçun haqq səsi “Zalim padişah!” şeirində daha ucadan duyulur:
Ey gizemli tılsım, ruhumu taşlara vurayım.
Bütün beyaz Sayfaları hayat hikayeleriyle doldurayım.
İmla ve dil ustalarını yeterince susturdunuz
Masallarla uyutulmuş bu millete acıyın!
Karalini ilk dəfə nə vaxt, harada və ya hansı şeiri ilə tanıdığımı burada dəqiq qeyd edə bilmirəm. Çünki, onunla yazdıqları vasıtəsilə ilk qiyabi tanışlığımız zamanı heç bir yadlıq, özgəlik hiss etməmişdim. Tam səmimi olaraq qeyd etmək istəyirəm ki, bu ilk görüşün hansı dildə olduğunu da xatırlamıram. Ruhlar min illərin dostu, yol yoldaşı olduqdan sonra bütün bunların heç bir önəmi olmur. Tək bircə məsələni qeyd etmək istəyirəm. Birinci şeiri ilə tanış olan zaman gözümün önündə vizual olaraq (onda bəlkə hələ heç müəllifin fotosunu da görməmişdim…) “Çöl Aslanı” filmindəki Ömər Muxtarın surəti canlanmışdı… Tanış olduğum ilk şeirin məndə oyatdığı marağın gücü ilə internetdəki müxtəlif axtarış sistemləri üzərindən müəllifi araşdırmağa başladım. Məlum oldu ki, şairin iki şeir kitabı işıq üzü görüb və bu kitablar bildiyimiz bütün beynəlxalq kitab satış portallarında var. İnternet üzərindən müəllifin hər iki kitabını sifariş etdim və cəmi on gün ərzində ümumilikdə 14 manat xərc müqabilində əlimə çatdı. Kitabların biri “Çöl zambağı”, digəri isə “Şarkla Şamal arası” adlanır…
Həmişə haqqın yanında olan Karalin Zəfər yoluna çıxdığımız 2020-ci ildə bütün yol boyu bizimlə birgə addımladı. Haqqın tərəfində oldu. Həmin il 44 günlük yol yoldaşlığı zamanı Karalinanın timsalında mən özüm üçün bir yəqinlik hasil etdim əgər tərəflərdən birinin yanında deyilsənsə, bu tərəfsizlik deyil, ikiüzlülük anlamına gəlir. Karalina bir Türkiyə sevdalısı olduğu qədər Azərbaycanı da sevir… Bəlkə daha artıq.
Sonra iş elə gətirdi ki, 2022-ci ildə Bakıda bir sülh konfransında görüşdük. Konfrans müddəti qiyabi olaraq yazılarına görə tanıdığım Karalinanı bir də şəxsən müxtəlif vəziyyətlərdə əyani olaraq tanıdım. Zənnim məni yanıltmamışdı. Karalina (Caraline Laurent Turunc) tam olaraq bizim “aslanın erkəyi dişisi olmaz” misalına uyğun bir çöl aslanı idi. Onun həyatında təsadüfə, yaradıcılığında nəyinsə xatirinə deyilmiş sözə yer yoxdur! Karilina məqsədinə doğru inamla addımlayan cəsur yolçu,zülmətin bağrını yararaq ətrafını aydınladan gur işıqdır. Kitablarına verdiyi “Şarkla Şamal arası” və “Çöl Zambağı” kimi adlar müəllifi yaxından tanıdıqdan sonra gözlər önünə daha aydın mənzərə sərir. Öz çölünün aslanı olan Karalina qürbət eldə Yurdunu təmsil edən zərif, ötkəm bir çiçəkdir. Mən onu bütün xarakter və xüsusiyyətlərini bir cümlədə məhz belə ifadə edərdim: – “Qərbin bağrında Şərq çiçəyi”. Bəli, o Qərbin bağrında bitən “Çöl zambağı”, “Şarkla Şamal arası”nda qərar tutmuş Anadolulu tərs lalədir…
Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayır və “Şarkla Şamal arası” və “Çöl Zambağı” kitablarından seçdiyim şeirləri təqdim edirəm:
BİLMİRSƏNMİ?!
Tanımırsanmı məni?!
Kimsəyə boyun əymərəm…
Boz buludlar
Səmada var-gəl edərkən
Axşamın xəfif küləyi əsərkən
Hələ zülmət gəmiyə minməmişkən
Bilirdim ki, yer üzü məzarlıq,
Ömrümün naxışları işgəncədir…
Sən öküzləri əhilləşdir
Kasıblar üçün beynini yorma…
Ağla indi, ürəyin boşalana qədər,
Doyunca ağla…
Halına yanmadığım
Şərq və Cənub üçün ağla
Parçalanmış duygular, ödənməmiş borclar və
Yerinə yetirilməmiş vədlər üçün ağla…
Göy üzünə boylan,
Bax, düz buraya,
Sabahın quşları qanad çırpır səmada
Torpaq nə gözəl tumurcuqlar verib
Sən və sevgin qəlbinin qapısına möhür vurarkən
Körpələr analarının döşlərindən zorla alınırdı.
Kaş görmüş olaydım,
Kaşki , qarışmayaydım demə əbəs yerə…
Daha heçnə söyləmə
İnamım qalmayıb sənə…
Amma ki, mən hər xəfif küləyə
Nəvazişlə sığal çəkdim
Bir əsrdən neçə eşq keçdiyini saymadan…
Əsrlərin zaman dilimini
Bütün planetləri yola salana kimi
Körpə bahar gələnə kimi
Sirr saxlayıram…
Sabahların birində
Gələcəklər uşaqlar…
Kim bilir, bəlkə də
Pəncərəmdən boylanıb
Sənə baxaram…
Göy üzü salam göndərəndə
Əllərimi yelləyərəm…
Və o zaman dərin bir
Ah çəkəcəksən
Kaşki heç yaranmasaydım deyə
Sahildəki xəyalları,
Küləyin səmadan yerə ələdiyi ulduzları
Aşağı -yuxarı boylanıb
Bir, iki, üç deyə
Saymağa başın qarışacaq…
Yeri- göyü yaradan Tanrının qarşısında
Kim ola bilərik ki, biz
Xırdaca varlıqlarıq,
Bir az cılız, bir az aciz…
“Çöl Zambağı” kitabından səh. 25-26.
EY TANRISI ÜMİD
Şah damarımda qanım donar
Çirkaba batmış
Yer üzünü və
İndiyə qədər yaşanmış
Qarşılıqsız sevgiləri gördükcə
Mən neçənci yuxudayam
Hansı əsrin asdanasındayam
Deyirəm…
Sanki şərqin vadilərində
Qeyb olmuşdu ürəyim
Səsim qaranlığa qərq olub
Mənə doğru axır…
Yadlaşmış gözlərimdə
Kipriklərimə toxunuram
Amma çox çarəsizəm
Ayaqlarım var-gəl etməkdən
Sürgün yollarındaymış kimi
Yorğun düşüb…
Aman, Tanrım, bu necə yuxudur?
Kaşki heç görməyəydim
Gerçək olmayan gözəlliklərin xəyalını
Qanadları qırılan xəyallarım
Sahildə oturub
Nəfəsini dərdi…
Amma ki, mən əllərimi
uzadıb
Günəşə toxunacaqdım…
Sevgilimin könlünü
Ovundurmaq üçün
Mahnılar oxuyacaqdım…
Elə kədərliyəm ki,
Kaşki ulduzlara qonşu olaydım
Qızıl dövrü, ədalət və
Bərabərliyi ordan görəydim
Kimin üçündür bu ixtiralar
Kimin üçündür bu göyqurşağı…
Ey Tanrısı ümid və qardaşları
Bataqlığın qaranlığında
Çürümüş göylər
Çöhrələrdən süzülən işıq
Qanlı irinin girdabında öləziyib…
Ey yağışı müqəddəs göllərə tökülən bulud
Kaşki yumruğumu açıb
Yağış damlaları ovcuma yığa biləydim…
Mənə icazə ver, ey kübar dünyam
Uşaqlarım var,
Onlar mədrəsəyə gedəcəklər…
Analarının döyülərək
Qətlə yetirildiyini
söyləyə bilmərəm
Günah məndədir ki,
Göy üzünə çox inandım…
Toxumuna torpaq oldum
Bir gün geri dönəcək sandım…
Mən hardan biləydim göylərin
Hər tökülən qandan
Bir damla içdiyini…
Çiçəklərin göz yaşıyla cücərdiyini…
“Çöl Zambağı” kitabından səh. 22-23.
CAHİL və ƏDƏBSİZ
Torpağa göz yaşlarıyla
Kəlmələr yazmışdılar…
Ruhları cahil və ədəbsiz idi.
Çaya ümid bağlayanları
Məhkum etmişdilər.
Çürümüş dəriləri
Ağappaq olmuşdu
Minlərlə varlığın
Qopardığı tufan içində…
Yeddi qat yerin altında
Dünyanın dərdini
Daşıyan torpaq
Qayğılardan təngə gəlib
Göz yaşları içində
Yorğun düşmüşdü
Ölüm əslində
Diriliş günüdür,
Sabahın yuxusudur…
Güc və gücün üfüqləri
Bitib- tükənmək bilməyən
Xəzinələr…
Qövmü böyüdüb bəsləyənlər
Bəzəmişdir sabahla axşamı…
Bütlərə inanlar, and içənlər
Başqa günəşlər vəd edərlər…
Göyləri yüksəkliyə
Ucaldan Tanrı
Qoy yoxa çıxmış gecəni
Çiyinlərimə şələləyim…
Mənim dörd mövsüm
Ağlımın sahibim,
İhsanı və Fazili
Bir-bir var etmişlər,
İnsanın ağlı ilə dərk etməsi
Gözlə görməsindən yaxşıdır…
Ey yaradılışın mayasını
Həqiqətlə yoğuran
Bu hürən itlərə agah elə
Ölüm səbəbiniCansız bədənlər
Qum yığınının arasında
Şimaldan cənuba sovrular
Qılıncınla haqqı ucalt
Nə zaman müharibə etsən.
O zaman qələbə çalarsan
Tanrının dini üstün gələr…
Torpaq üzərində mənim də
Məndən başqasının da
Qarışqa qədər haqqı var…
“Şarkla Şamal arası” kitabından səh. 114.
Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən bir yazıda bütün məsələlərə toxunub, şeirlərin hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, Azərbaycan oxucusunda Karalina xanım və onun kitabları haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa hər kitabdan bir-iki nümunəni olduğu kimi təqdim edim. Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Bu yazını hazırlayan zaman dəyərli tövsiyələri ilə yardımçı olduğuna görə müasir dünya ədəbiyyatı üzrə ədəbiyyat tənqidçisi gənc filoloq Günnür Ağayevaya və şeirləri ana dilimizə çevirib, uyğunlaşdıran hal-hazırda Türkiyədə təhsilini davam etdirən gənc yazar Turan Novruzluya, dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!
Müəllif: Zaur USTAC
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru