Weather Data Source: havadurumuuzun.com

Silahlı Qüvvələr günü “Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliyinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə xeyriyyə tədbiri keçirildi

25 iyun Silahlı Qüvvələr günü
“Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliyinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə xeyriyyə tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə tədbirin təşkilatçısı “Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliyinin sədri Pərvanə Salman qızı tədbiri açıq elan etdi.Himnimiz səsləndirildi.Torpaqlarımızın uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra, tədbirin bədii hissəsi açıq elan olundu. Tədbirində tanınmış müğənnilər, şən klounlar,torpaqlarımız uğrunda canlarından ,qanlarından keçən, qəhrəman, igid oğullarımızın ailələri iştirak edirdilər.AR Prezident mükafatçısı, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi, DİN-nin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi – Rəsul Məmmədov və yetirmələri iştirak edirdilər. Onlarında hərbiçilərimizə və onların ailələrinə özünü müdafiə fəndləri ilə çıxışları heyranlıqla izləndi.Tanınmış müğənnilərin çıxışı alqışlarla qarşılandı,rəqqaslarımızın gözəl rəqsləri,şən klounların məzəli çıxışları , şairlərin və şairələrin çıxışı ayrıca tədbirə rəng qatdı. Rəssamımızın gözəl əl işi bütün balaca fidanlarımızın sevincinə səbəb oldu

Sonda “Zəfər Yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliyinin sədri Pərvanə Salman qızı ” N “saylı hərbi hissənin rəhbərliyinə ,  tədbirdə iştirak edən şəhid ailələrinə, müharibə iştirakçılarına ,tədbirin təşkilatında köməkliyini göstərən hər kəsə öz təşəkkürünü bildirdi . Bütün sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan igidləri izi ürəkdən təbrik etdi, uğurlar arzuladı .

Aygün Məmmədova 

Top