Lənkəranda Uşaq musiqi məktəbinin hesabat konserti keçirilib
Q, Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Lənkəran Şəhər Cəfər Cabbarlı adına 1nömrəli uşaq musiqi məktəbinin illik hesabat konserti keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəsmiləri, ziyalılar,müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zefernews.az xəbər verir ki,
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Uşaq musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblların ifasında Azərbaycan və Xarici bəstəkarların əsərləri səsləndirilib.
Sonra Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək hesabat konsertinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Qeyd ediblər ki, Lənkəran Şəhər Cəfər Cabbarlı adına 1nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird heyətinin rayonda keçirilən tədbirlərdə, həmçinin respublika müsabiqələrində uğurla çıxış ediblər.
Sonda məktəbin pedaqoji və şagird kollektivinə qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıblar. Xatirə şəkli çəkdirilib.